Piyadanı keçiddə vuran məmur oğlunun yüzminlik maşın kolleksiyası - FOTOLAR

Piyadanı keçiddə vuran məmur oğlunun yüzminlik maşın kolleksiyası - FOTOLAR
SOSİAL
14:29 24.10.2017
10612
Bakıda "Jeep” markalı, 90 AA 707 dövlət nömrə nişanlı avtomobillə yolu keçən piyadanı vuran Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun oğlu Fərhad Qaraşovun avtomobillərinin görüntüləri yayılıb. 
 
AZXEBER.COM GoldNews.Az-a istinadən xəbər verir ki, sabiq məmur oğlunun bir deyil, bir neçə avtomobili var. Belə ki, onun avtomobilinin dövlət nömrə nişanı olan 90 AA 707 müxtəlif vaxtlarda iki müxtəlif markalı Range Rover və Porshe markalı avtomobillərin üzərində olub. Qəza baş verən zaman isə sabiq məmur oğlu  "Jeep” markalı nəqliyyat vasitəsini idarə edirmiş.
 
Qeyd edək ki, hadisə oktyabrın 17-də, saat 11:25 radələrində Bakıda, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 15/17 ünvanının qarşısında qeydə alınıb. Hadisənin görüntüləri Avtosfer.az-ın kamerasına düşüb. Görüntülərdən məlum olur ki, "Jeep” markalı avtomobil hadisəni qarşı yolda - üzü 20 nömrəli məktəbdən Nərimanov heykəlinə gedən yolun əks tərəfində törədib. Hadisəyə səbəb yüksək sürət və düzgün ara məsafəsi saxlamamaqdır. Videodan da göründüyü kimi, sürücü piyada keçidindən keçən xanıma yol verən digər avtomobillərlə toqquşmamaq üçün sükanı sola qaçırıb. Əks istiqamətli yola çıxaraq keçidin üzərindəki qızı vurub.
 
Arif Qaraşov açıqlamasında bildirmişdi ki, qəza zamanı sükan arxasında oğlu deyil, sürücüsü olub. Lakin görüntülərdən də məlum olur ki, avtomobildən bir neçə nəfər düşür, yaralı qızı maşına qoyaraq hadisə yerindən uzaqlaşırlar. 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Elmira Şabanova ilə vida mərasimi keçirilir
11:21 26.11.2026
Elmira Şabanova ilə vida mərasimi keçirilir
Kəlbəcər: Möhtəşəm təbiəti və zəngin sərvətləri ilə seçilən diyar
11:17 26.11.2026
Kəlbəcər: Möhtəşəm təbiəti və zəngin sərvətləri ilə seçilən diyar
Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu
11:10 26.11.2026
Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu
"Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü
10:57 26.11.2026
"Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü
PAŞA Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
10:43 26.11.2026
PAŞA Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
10:42 26.11.2026
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək - FOTO
10:39 26.11.2026
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək - FOTO
Bu ərazilərə qar yağdı
10:35 26.11.2026
Bu ərazilərə qar yağdı
Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı
10:21 26.11.2026
Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubu ilə üz-üzə gələcək
09:40 26.11.2026
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubu ilə üz-üzə gələcək
Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişləndirilir
09:35 26.11.2026
Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişləndirilir
Bakı aeroportunda ər-arvad saxlanılıb - 22 min avroya ad-soyadlarını dəyişdiribmişlər
09:28 26.11.2026
Bakı aeroportunda ər-arvad saxlanılıb - 22 min avroya ad-soyadlarını dəyişdiribmişlər
Qazaxda fərdi evin həyətyanı sahəsində partlayış baş verib, xəsarət alanlar var
09:14 26.11.2026
Qazaxda fərdi evin həyətyanı sahəsində partlayış baş verib, xəsarət alanlar var
Ukrayna dünyada ilk dəfə reaktiv dronu döyüş lazeri ilə vurub
08:56 26.11.2026
Ukrayna dünyada ilk dəfə reaktiv dronu döyüş lazeri ilə vurub
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
08:34 26.11.2026
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
KXDR-in nüvə statusuna etiraz müharibə elanı kimi qiymətləndiriləcək
08:20 26.11.2026
KXDR-in nüvə statusuna etiraz müharibə elanı kimi qiymətləndiriləcək