Piyadanı öldürən sürücü hadisə yerindən qaçdı

Piyadanı öldürən sürücü hadisə yerindən qaçdı
Bütün Xəbərlər
08:42 26.07.2012
941
Bakının Suraxanı rayonunda piyadanını ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Suraxanı qəsəbəsində avtomobilin zərvəsi ilə üzləşən 63 yaşlı Vəliyev Rüstəm Əhməd oğlu aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. Rüstəm Vəliyevi vuran sürücü isə qəzadan sonra piyadaya heç bir yardım göstərmədən idarə etdiyi avtomaşınla birgə ərazidən uzaqlaşıb.Hadisədən sonra qəzanın baş verdiyi ünvana Suraxanı rayon polis idarəsinin əməkdaşları cəlb edilib. Hadisə yeri müayindən keçirilib və şahid ifadələri alınıb. İlkin ehtimallara görə piyada “Mercedes” markalı atvomaşın tərəfindən vurulub.Hazırda Suraxanı polisi tərəfindən piyadanın ölümünə səbəb olan sürücünün şəxsiyyətinin müəyyən edilməsi və onun idarə etdiyi avtomaşının tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR