Yayın qızmar istisi hər kəsin, xüsusən də piylənmədən əziyyət çəkənlərin həyatına gərginlik gətirir.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, artan rütubət ilə həyat həmin xəstələr üçün üçün dözülməz hala gəlir.
İstanbul Cərrahiyyə Xəstəxanası Ümumi Cərrahiyyə Mütəxəssisi Op. Dr. Ali Acar bədən kütlə indeksi (VKİ) 30-un üzərində olan insanların yay aylarında sağlamlıqlarını qorumaq üçün əlavə diqqət etmələri lazım olduğunu bildirib.
O, yay aylarında ağır və yağlı qidalardan uzaq durmaq lazım olduğunu ifadə edib:
"Əvəzində təzə tərəvəz və meyvələrə, tam taxıllara və zülalla zəngin, yüngül qidalara üstünlük verilməlidir. Aşırı yeməkdən qaçınılmalı, porsiyalar azaldılmalı, yeməklər az miqdarda yeyilməlidir", - deyə bildirib.
Məryəm