PKK döyüşçüləri Naxçıvana gedən yolda terror törədiblər

PKK döyüşçüləri Naxçıvana gedən yolda terror törədiblər
Bütün Xəbərlər
12:15 17.07.2015
1507

PKK Türkiyənin İğdır vilayəti ərazisində terror törədib.

AZXEBER.COM-un APA-ya istinadən verdiyi məlumata görə, iyulun 16-da yerli vaxtla saat 19.35-də İğdırın Qaraqoyun rayonunun Daşburun kəndi yaxınlığında PKK-çılar İğdırdan Naxçıvana – Dilucu sərhəd məntəqəsinə gedən yolu kəsərək bir yük avtomobilini (TIR) saxlayıblar. Onlar sürücünü avtomobildən düşürərək TIR-a od vurublar və hadisə yerindən qaçıblar.Yanğın səbəbi ilə yolda nəqliyyatın hərəkəti bir müddət dayandırılıb. Yanğınsöndürənlər TIR-ı söndürsələr də, avtomobil yararsız hala düşüb.Təhlükəsizlik qüvvələri əməliyyat-axtarış tədbirlərinə başlayıb.

OXŞAR XƏBƏRLƏR