«PKK-nın adını gündəmdən siləcəyik. Terror təşkilatı məqsədinə çatmayıb və bundan sonra da bu mümkün deyil».
Türkiyə Silahlı qüvvələrinin baş qərargah rəisi ordu generalı Necdet Özel bildirib ki, son 6 ay ərzində 327 terrorçu zərərsizləşdirilib.
Onun sözlərinə görə, terrorçulardan 165-i məhv edilib, 50-i sağ ələ keçirilib, 112-i isə təslim olub. Özel ayrıca hava qüvvələri tərəfindən 325 terrorçunun qətlə yetirildiyini və PKK sıralarından qaçan terrorçuların sayında da böyük artma müşahidə olunduğunu deyib.
Bununla belə, Qərargah rəisi açıq şəkildə bildirib ki, PKK ilə mübarizədə Türkiyə-İraq-ABŞ arasında 3-lü mexanizm mövcud olmasına baxmayaraq, İraq rəhbərliyinin Ankaraya dəstəyi yoxdur.
Ordu generalı onu da qeyd edib ki, Amerika kontingenti İraqdan çıxdıqdan sonra Türkiyə cənub qonşusunda yaşanan siyasi və hərbi prosesləri yaxından izləyir.