Yunanıstana qaçmaq istəyərkən yaxalanan terror təşkilatı PKK şübhəlisi Ü.K. saxlanılıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin Edirne bölgəsində baş verib.
Belə ki, Təhlükəsizlik qüvvələri dünən mərkəzdəki 1-ci dərəcəli hərbi qadağan zonada keçirdikləri əməliyyatla Yunanıstana qaçmağa çalışan Ü.K.-nı yaxalayıb.
Saxlanılan Ü.K.-nın silahlı terror təşkilatı PKK-ya üzvü olmaq cinayətinə görə axtarışda olduğu müəyyən edilib.
Polis qruplarına təhvil verilən Ü.K, əməliyyatların ardından gətirildiyi ədliyyədə hakim tərəfindən həbs olunub.
Oksana