PKK terrorçuları Türkiyədə hərbçilərə qarşı növbəti xain hücum həyata keçiriblər.
Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, oktyabrın 25-də axşam saatlarında Vanda zəlzələ ilə bağlı xilasetmə işlərində iştirak edən əsgərlərin olduğu avtomobilə partlayıcı maddə atılıb. Terrorçular əsgərlərin diqqətlərini xilasetmə işlərinə yönəltməsindən istifadə edərək nəzarət postunu da atəşə tutublar. 4 hərbçi yaralanıb.