Plagiatlığa görə işdən çıxardığı professor kimdir?

Plagiatlığa görə işdən çıxardığı professor kimdir?
Bütün Xəbərlər
17:16 13.06.2014
780

Alimin cəzalandırılmasına səbəb kimi, yazdığı məqalənin plagiat olduğu göstərilir

İyunun 9-da AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov institutun əməkdaşı Ağadadaş Qafarovu institutda tutduğu vəzifədən azad edib. Bundan başqa, İlkin Soltanlıya isə töhmət verilərək, xəbərdarlıq olunub. Alimlərin cəzalandırılmasına səbəb kimi, onların hazırladıqları “Технолгическое развитие и маркетинг” (“Texnoloji inkişaf və marketinq”) adlı məqaləni nüfuzlu qəzetlərdən birində çap etdirmələri və məqalənin tam mətninin plagiat olduğu göstərilir.

İqtisadiyyat İnstitutunda aparılan müzakirələr zamanı “Технолгическое развитие и маркетинг” (“Texnoloji inkişaf və marketinq”) məqaləsinin 2008-ci ildə Rusiyada çap olunmuş bir kitabdan köçürüldüyü üzə çıxıb.

Redaksiyamıza adının çəkilməsini istəməyən mənbə müraciət edərək, AMEA-nın İqtisadiyyat İnstitutunun daxilində baş verən problemlərin səbəblərindən danışıb:  “Vəzifəsindən azad olunan professor vaxtı ilə özünü döyərək, yalandan mətbuatda guya Şəmsəddin Hacıyevin onu döydürməsi ilə bağlı məlumat yayan Ağadadaş Qafarovdur. Şəmsəddin Hacıyev onu İqtisad Universitetindən çıxarmışdı. İşindən çıxarılmasına səbəb kimi, yazdığı məqalənin plagiat olduğu göstərilir. Bu alimlər yazdıqları məqaləni Rusiya mətbuatından götürdüklərinə görə, cəzalandırılıb. 

Redaksiyamıza məlumat verən mənbə onu da bildirdi ki, İqtisad Universitetində yazılan dissertasiyaların tam əksəriyyəti plagiat dissertasiyalardır: “ Plagiat yazılarına görə, ən çox adı hallanan ali təhsil müəssisəsi İqtisad Universitetidir. Burada yazılan dissertasiyaların tam əksəriyyəti plagiatdır. Bunu tam əminliklə, şahid olan insan kimi deyirəm. Bu universitetdə son dövrlərdə müdafiə olunan dissertasiyalar ekspertiza olunmalıdır. Burada birbaşa Ziyad Səmədzadə məsuliyyət daşıyır. Mətbuatda bu tipli yazılar çox gedir. Nazim İmanovun bu işlərin öhdəsindən necə gələcəyi maraqlıdır. Çünki o, idarəçilikdə bir o qədər səriştəli deyil”.

Sonda onu xatırladaq ki, qəzetimizin  2 iyun 2010-cu il tarixli sayında “Rektor professoru öz kabinetində döydürdü” başlığı altında manşet yazısı getmişdi. Həmin yazıda Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Ağadadaş Qafarovla rektor Şəmsəddin Hacıyev arasında mübahisənin baş verdiyi və birincinin döyüldüyü bildirilirdi.

Yeni Müsavat

OXŞAR XƏBƏRLƏR