Plastik əməliyyatın qurbanları - Onlar ölümləri ilə hər kəsi sarsıtdılar

Plastik əməliyyatın qurbanları - Onlar ölümləri ilə hər kəsi sarsıtdılar
SOSİAL
16:17 14.01.2025
1196
Burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyat olunan 30 yaşlı Nəzrin Mansurovanın vəfatı bu məsələyə ictimai diqqətin artmasına səbəb olub. Artıq faktla bağlı cinayət işi açılıb və ciddi araşdırmalar aparılır. 

Amma təəssüflər olsun ki, Nəzrin Mansurovanın vəfatı ölkəmizdə ilk deyil və bundan öncə də gündəmi sarsan buna bənzər hadisələr yaşanıb. 

AZXEBER.COM estetik əməliyyatlar sonrasında ölüm faktı qeydə alınan və medianın gündəmini zəbt edən bəzi hadisələrin xatırlatmasını təqdim edir:
 
Gəncə sakini 17 yaşlı Aygül Orucovanın estetik əməliyyatdan sonra dünyasını dəyişməsi xəbəri hər kəsi təəccübləndirmişdi. Gəncə şəhərində burun əməliyyatı keçirən yeniyetmə narkozdan ayılmayaraq vəfat etmişdi.
 
Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi olan Mürsəlova Leyla Namiq qızı "StarMed” klinikasında burun əməliyyatının qurbanlarından biri olmuşdu. Tələbə qıza əməliyyat üçün narkoz verilən kimi o, dünyasını dəyişmişdi. Mərhumun həkimi Nəzrin Mansurovanın əməliyyatını həyata keçirən Sənan Mehdiyev olmuşdu. Məlumata görə, onun ölümünə səbəb narkozun dozasının yüksək olması göstərilib.
 
"Zəfəran Hospital"da da bu tip ölüm hadisəsi baş verib. Belə ki, Siruz Qoçxani adlı həkim tərəfindən liposaksiya əməliyyatı edilən 22 yaşlı Leyla iki gün sonra xəstəxanada ölmüşdü. 
 
"Baku Medical Plaza”da ölüm faktı qeydə alınmışdı. 1996-cı il təvəllüdlü Turanə Musazadə klinikaya müraciət edərək xarici görünüşündən narazı olduğunu bildirib. O, müayinə edilərək əməliyyata alınıb. T.Musazadə plastik cərrahiyyə əməliyyatı zamanı vəfat edib. Məlumata görə, T.Musazadə daha öncə də 2 dəfə plastik əməliyyat keçirmişdi.
 
2021-ci ilin may ayında Arzu Süleymanova adlı xanım "Azər-Türk Med” klinikasında keçirdiyi plastik əməliyyatdan sonra komaya düşmüşdü. Daha sonra o, may ayının 15-də yerləşdirildiyi Respublika Neyrocərrahiyyə Xəstəxanasında vəfat etmişdi.
 
2023-cü ildə "MedEra" hospitalında bu kimi daha bir ölüm faktı qeydə alınmışdı. Burada, klinikanın əməkdaşı olan və resepşn vəzifəsində çalışan Aygün adlı xanım həmin hospitalda çalışan plastik cərrah Günel Bayramlıya bədən şəkilləndimə əməliyyatı etdirib. Əməliyyatdan sonra xanım özünü narahat hiss etdiyini bildirib. Evdə halı daha da pisləşən Aygün tromplaşmadan dünyasını dəyişmişdi.
 
Ən yaxın tarixə nəzər salsaq görərik ki, bu kimi faktlar ildən-ilə daha da kütləvi hal almağa başlayıb. Belə ki, son iki ay ərzində plastik əməliyyat etdirən daha bir neçə xanımın ölüm xəbəri mətbuatın gündəminə düşüb. 
 
Onlardan ilki, 23 yaşlı "tiktoker” Nərmin Mehdiyeva qarın gərmə və bədən şəkilləndirmə əməliyyatı etdirdikdən sonra dünyasını dəyişməsidir. Qızın anası Şahnaz Mehdiyeva qeyd edib ki, əməliyyatdan bir müddət sonra xəstənin yarasından çirkli su axmağa başlayıb. O dərman almağa gedərkən yaşadığı binanıın həyatında yıxılaraq dünyasını dəyişmişdi.
 
Və plastik əməliyyatların son qurbanı olan Nəzrin Mansurova. Yanvar ayının 3-də burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün cərrah Sənan Mehdiyev tərəfindən əməliyyat olunan 30 yaşlı Nəzrin, komadan ayılmayıb və vəfat edib. 

Plastik cərrahiyyə, şübhəsiz ki, özgüvəninizi və görünüşünüzü əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Lakin nəzərə almaq lazımdır ki, hər hansı bir əməliyyat kimi, bu zaman da ölüm riski olduqca aşağı olsa da, mövcuddur və göz ardı edilə bilməz. Buna görə də xəstələrin ixtisaslı cərrahı və nüfuzlu klinikanı diqqətlə seçmələri tövsiyyə olunur. Sağlamlıq testləri və müxtəlif həkimlərlə məsləhətləşmə də daxil olmaqla əməliyyata hərtərəfli hazırlıq eyni dərəcədə vacibdir. 
 
Aysel Hacızadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev: Əvvəlki Ermənistan rəhbərlərinin hamısı hərbi cinayətkarlardır
10:36 02.10.2026
İlham Əliyev: Əvvəlki Ermənistan rəhbərlərinin hamısı hərbi cinayətkarlardır
Bəzi yerlərdə leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA
10:34 02.10.2026
Bəzi yerlərdə leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
10:30 02.10.2026
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
Hikmət Hacıyev: C5+1 formatına qoşulmaq Azərbaycanın öz köklərinə qayıtması deməkdir
10:13 02.10.2026
Hikmət Hacıyev: C5+1 formatına qoşulmaq Azərbaycanın öz köklərinə qayıtması deməkdir
"Azərbaycan Ermənistan hökumətini öz cəmiyyətini sülhə hazırlamağa çağırır"
10:09 02.10.2026
"Azərbaycan Ermənistan hökumətini öz cəmiyyətini sülhə hazırlamağa çağırır"
Prezidentin köməkçisi: Azərbaycanın qonşu ölkələrlə münasibətləri mehriban qonşuluq ruhunda inkişaf edir
10:07 02.10.2026
Prezidentin köməkçisi: Azərbaycanın qonşu ölkələrlə münasibətləri mehriban qonşuluq ruhunda inkişaf edir
Kiyevdə dron hücumunda həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətirildi
09:56 02.10.2026
Kiyevdə dron hücumunda həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətirildi
Milli Məclisə "Pulsuz hüquqi yardım haqqında" qanun layihəsi daxil olub
09:53 02.10.2026
Milli Məclisə "Pulsuz hüquqi yardım haqqında" qanun layihəsi daxil olub
YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış edir
09:51 02.10.2026
YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış edir
Almaniyanın aparıcı siyasi fondu Tbilisi ofisini bağlayıb
09:41 02.10.2026
Almaniyanın aparıcı siyasi fondu Tbilisi ofisini bağlayıb
Hikmət Hacıyev: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülh sazişinə doğru son addımdır
09:33 02.10.2026
Hikmət Hacıyev: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülh sazişinə doğru son addımdır
UEFA Millətlər Liqasında III turun bugünkü oyunları
09:30 02.10.2026
UEFA Millətlər Liqasında III turun bugünkü oyunları
Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi nəzərdən keçirir
09:20 02.10.2026
Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi nəzərdən keçirir
Ermənistanda daha bir hərbçi öldü
09:13 02.10.2026
Ermənistanda daha bir hərbçi öldü
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
09:06 02.10.2026
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artır
09:01 02.10.2026
Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artır