"Kurtlar Vadisi"nin Polad Alemdarı ata olacaq.AZXEBER.COM-un Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, 12.12.12 tarixində sürpriz şəkildə özündən xeyli kiçik tələbə Nagehan Kaşıkçı ilə evlənən Necati Şaşmazın ailəsində artım olacaq. 42 yaşlı aktyorun həyat yoldaşı 1 aylıq hamilədir.Xoş xəbəri cütlük keçən həftəsonu alıblar. Cütlük sevincini ilk olaraq silələri ilə paylaşıblar. Mətbuatın məlumatına görə, həyat yoldaşının hamilə olduğunu ancaq bir neçə dostuna deyən Şaşmaz çox həyəcanlıdır.