AZXEBER.COM-un Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Şaşmaz sevgilisi Mahidevran sultan (Nur Fettahoğlu) ilə artıq sevgili olmadıqlarını deyib.Qeyd edək ki, bir neçə gün öncə aktrisa Nur Fettahoğlu Boğazda yanında mühafizəçi ilə görüntülənmişdi. Mətbuatda mühafizəçinin ona sevgilisi Necati Şaşmaz tərəfindən tutulduğu haqqında xəbərlər yazılırdı.Şaşmaz yaydığı açıqlama ilə bu deyilənləri təkzib edib. "İş qrafikim gərgin olduğu üçün bu xəbərlərlə yeni tanış olmuşam. Mühafizəçi tutduğum və birlikdə olmağımız barədə deyilənlər doğru deyil".