AZXEBER.COM Gununsesi.info-ya istinadən xəbər verir ki, 81 yaşlı Polad Bülbüloğlu 1997-ci ildə nikaha girdiyi Gülnarə Şıxəliyevadan boşanıb.
Ancaq deputatın subaylığı uzun çəkməyib və o, başqa bir xanımla ailə həyatı qurub. Bildirilir ki, Polad Bülbüloğlu yeni həyat yoldaşı ilə bu yaxınlarda Qəbələdə keçirilən musiqi festivalında iştirak edib.
Festivaldan sonra isə Bülbüloğlu yeni xanımı ilə Bodruma istirahətə yollanıb.
Qeyd edək ki, Polad Bülbüloğlunun ilk evliliyi Ukrayna və Rusiya opera müğənnisi, SSRİ Xalq artisti Bela Rudenko ilə olub. Onun böyük oğlu Teymur Məmmədov bu evlilikdən doğulub. Polad Bülbüloğlunun Gülnarə Şıxəliyeva ilə evliliyindən isə Leyla və Murtuza adlı iki övladı var.














































