“Poliqon” Strateji İntellekt Oyunu üzrə Xarıbülbül Kubokunun qalibləri müəyyən olundu - Foto

GƏNCLİK
11:15 03.03.2023
5797
"Poliqon” Strateji İntellekt Oyunu üzrə Xarıbülbül Kubokunun qalibləri müəyyən olunub.
 
AZXEBER.COM xəbər verir ki,Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə "Region Gənclərinin İnkişafına Töhfə” İctimai Birliyi tərəfindən keçirilən "Poliqon” Strateji İntellekt Oyunu üzrə Xarıbülbül Kubokunun ötən ilin oktyabr ayından start götürən seçim turları Zərdab, Ucar, Kürdəmir, Ağcabədi və Beyləqan rayonlarında baş tutmuşdur ki, bu mübarizədə regionları təmsil edən 80 komandanın 800 intelektual üzvü qalibiyyət uğrunda mübarizə aparmışdır. Seçim turlarında ən çox xal toplayan 8 komandanın iştirak etdiyi final oyunu Zərdab rayonunda baş tutdu.  

Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi və ərazi bütövlüyümüz uğrunda canlarından keçən əziz şəhidlərimizin xatirəsinə ehtiramla başlanan final oyununun açılış mərasimində "Poliqon" Strateji İntellekt Oyununun müəllifi, YAP Zərdab Rayon Təşkilatının sədri İlkin Əliyev və Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi Ələkbər Kərimov iştirak etdilər.

İştirakşıların gərgin intellekt mübarizəsi ilə davam edən final oyunun nəticələrinə görə Kürdəmir rayonunun "Müfəttişlər" komandası birinci, Zərdab rayonunun "Pele-82" komandası ikinci, Zərdab rayonunun "Şuşa" komandası üçüncü yerləri bölüşdülər.  Qaliblər kubok, medal və müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırıldılar. 

Poliqonçular adından komandalarımızı təbrik edirik. 
 
Məlumat üçün bildiririk ki, "Poliqon” Strateji İntellekt Oyunu gənclərdə hərbi vətənpərvərlik tərbiyəsinin aşılanması, onların strategiya qurmaq bacarığının artırılması və intellektual inkişafına dəstək olmaq məqsədlərini daşıyan milli intellektual oyundur. Gənclər arasında çox sevilən bu oyunun keçirilməsində məqsəd xalqımızın tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, xüsusi ilə, Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük vətən müharibəsində qazandığımız zəfər tariximizin gənclər arasında təbliğ etmək, Azərbaycan dilində intellektual oyunlar üzrə turnirlərdə gənclərin ictimai fəallığını təmin etmək, həmçinin regionlarda fəaliyyət göstərən intellektual oyunlar üzrə klublara dəstək verməkdir.

Oyun Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.

#AzGF #RGİTİB #Poliqondayam #Poliqonsio #XarıbulbulKuboku #Universiada  #Zəfərkuboku #ÇağırışKuboku #İntellektrualYarış #Zərdab #Ucar #Agcabedi #Kurdamir #Beylaqan  #Azeidman #Azegənclər#Birkimibirlikdə
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər

19:54 06.02.2025

“Azxeber Media” ilə “Manqıstau media” arasında memorandum imzalandı- FOTOLAR

19:49 06.02.2025

Polşa hərbçilərinin sayını 230 minə çatdırmağı planlaşdırır

19:35 06.02.2025

ABŞ 104 Hindistan vətəndaşını deportasiya edib

19:22 06.02.2025

Yunanıstan parlamenti ölkə prezidentini yenə seçə bilməyib