Polis əməkdaşı polis şöbəsinin qarşısında özünü güllələdi

Polis əməkdaşı polis şöbəsinin qarşısında özünü güllələdi
Bütün Xəbərlər
08:56 10.06.2011
1612
 Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə iyunun 9-da axşam saat 22:30 radələrində Ağsu rayon Polis Şöbəsinin qarşısında qeydə alınıb.

Polis şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşı, polis serjantı, 1985-ci il təvəllüdlü Baxşıyev Asim Ərəstun oğlu xidməti tapançası ilə yol patrul maşınında özünü gülələyib.

Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində işləyir.

OXŞAR XƏBƏRLƏR