AZXEBER.COM-un “İnterfaks”a istinadən verdiyi məlumata görə, Rusiya DİN-in Moskva şəhər Baş İdarəsi faktla bağlı araşdırmalara başlayıb.İlkin məlumata görə, oktyabrın 18-i saat 04.45-cə mülki geyimdə dörd nəfər sərxoş kişi VAZ-21053 markalı maşını saxlayıblar. Sürücüdən onları aparmağı tələb edən şəxslər rədd cavabı aldıqdan sonra onu döyüblər. Taksinin azərbaycanlı sürücüsü qapalı kəllə-beyin travması, burun və çənəsində sınıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilibŞübhəlilər saxlanılıblar və Moskvanın Mojayksk rayon polis şöbəsini aparılıblar. Hazırda onlara qarşı cinayət işinin başlanması məsələsinə baxılır.Moskva polisindən bildirilib ki, xidməti yoxlamadan sonra cinayəti törətmiş dörd polis əməkdaşı daxili işlər orqanlarından qovulacaq. Bundan başqa, onların xidmət etdiyi alay və batalyonun məsul şəxslərinə şiddətli töhmətin veriləcəyi gözlənilir.