Polis əməliyyat keçirdi, 60 kq-a yaxın narkotik aşkarlandı

KRİMİNAL
10:17 27.06.2020
738
Siyəzən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, Siyəzən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən rayon sakini Əli Məlikov saxlanılıb.

Onun yaşadığı evə baxış keçirilən zaman həyətyanı sahədə xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi, hündürlüyü 30-175 sm olan və ümumi çəkisi 57 kq 530 qram təşkil edən 81 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək maddi sübut kimi götürülüb.

Polis Şöbəsi əməkdaşlarının eyni gündə keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində eyni əməllə məşğul olan rayon sakini Zəfər Qəniyev də saxlanılınıb. 

Z.Qəniyevə məxsus həyətyanı sahədən isə xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş hündürlüyü 75-170 sm, ümumi çəkisi isə 2 kq-dan artıq olan 14 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkarlanıb.

Dindirilmə zamanı hər iki şəxs narkotik tərkibli bitkiləri şəxsi istifadələri üçün yetişdirdiklərini etiraf ediblər.

Qeyd olunan faktlarla bağlı saxlanılan şəxslər barəsində Siyəzən RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

13:55 14.07.2020

Sabah yağış yağacaq, güclü külək əsəcək

13:44 14.07.2020

Azərbaycan Müdafiə Nazirliyi: Şəhidlərimizin qanı yerdə qalmayacaq

13:30 14.07.2020

Daha 5 hərbçimiz şəhid oldu - ADLAR

13:14 14.07.2020

Azərbaycan ordusunun generalı və polkovniki şəhid oldu

13:08 14.07.2020

Ermənistan ordusunun açdığı atəş nəticəsində 76 yaşlı şəxs həlak oldu

12:57 14.07.2020

Son dəqiqə! Müdafiə Nazirliyi yeni görüntülər yaydı - VİDEO

12:51 14.07.2020

Hazırda intensiv atışma gedir, əhali arasında ab-hava... - Tovuzun deputatı danışdı

12:47 14.07.2020

Azərbaycanlı xakerlər Paşinyanın saytını dağıtdılar

12:36 14.07.2020

Azərbaycan XİN: Ermənistan silahlı qüvvələri Tovuzda mülki şəxsləri hədəfə alıb

12:27 14.07.2020

Pakistan Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan sərhədlərinə hücumunu sərt şəkildə pislədi

12:19 14.07.2020

"Rəsmi Yerevan münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil"

11:57 14.07.2020

Bakıda 21 yaşlı qız psixotrop dərman içib öldü

11:48 14.07.2020

Qubada karantin qaydalarını pozaraq futbol oynayanlar cərimələndi

11:31 14.07.2020

"Sosial şəbəkə istifadəçilərimiz düşmənin informasiya tələsinə düşməməlidir"

11:20 14.07.2020

"Azərbaycan dövləti və İlham Əliyev bütün dünya üçün bir nümunədir"

11:14 14.07.2020

Bakıda itkin düşən 27 yaşlı qadın Türkiyədə tapıldı