Polis əməliyyatlar keçirdi, silahlı şəxslər saxlanıldı - VİDEO

Polis əməliyyatlar keçirdi, silahlı şəxslər saxlanıldı - VİDEO
KRİMİNAL
15:39 30.06.2021
770
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, həmçinin narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, eləcə də qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslərin aşkar edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində növbəti silsilə əməliyyatlar həyata keçirilib.

Bu barədə AZXEBER.COM-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Baş İdarənin əməkdaşları əvvəlcə üzərində qanunsuz olaraq silah-sursat saxlayan, paytaxt sakini, əvvəllər məhkum olunmuş Söhrab Əhmədzadəni Suraxanı rayonu ərazisində saxlayıblar. Onun üzərinə baxış zamanı 1 ədəd "Beretta” markalı tapança, 1 ədəd həmin silaha aid sandıqca və 4 ədəd patron aşkar olunub.

Baş İdarə əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində isə qanunsuz olaraq üzərlərində və yaşadıqları evlərdə odlu silah-sursat saxlayan 4 nəfər saxlanlılıb. Əməliyyat zamanı Rəşid Behbudov, Şöhrət Zeynalov, Həsən Qeybəliyev və əvvəllər Cinayət Məcəlləsinin 120.1 və 221.1-ci maddələri ilə məhkum olunmuş Fuad Məmmədov saxlanılıb. Bu şəxslərdən 2 ədəd "TT” markalı tapança, 3 ədəd sandıqça, 3 ədəd əl qumbarası, 1 ədəd "Sayqa” markalı avtomat silah, 1 ədəd avtomat darağı, 1 ədəd ov tüfəngi və çoxlu sayda müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.

Baş İdarə əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyasının qarşısının alınması istiqamətində həyata keçirilən növbəti əməliyyat tədbiri zamanı isə Xızı rayonu, Giləzi qəsəbə sakini əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Azər Rəhimov saxlanılıb. Onun Giləzi qəsəbəsində yaşadığı evin həyətindən aqrotexniki qaydada əkib-becərdiyi ümumi çəkisi 448 kiloqram olan 301 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri bu ilin əvvəlində satmaq məqsədi ilə əkdiyini bildirib.

Baş İdarə əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyat zamanı isə narkotik vasitələrin satışı ilə məşğul olan paytaxt sakini Ülvi Məmmədov saxlanılıb. Onun üzərindən və yaşadığı evdən satış üçün nəzərdə tutularaq qablaşdırılan 157 büküm narkotik vasitə olan qurudulmuş marixuana və 2 ədəd elektron tərəzi aşkar edilib. Araşdırma və təyin edilən ekspertizalar zamanı müəyyən olunub ki, Ülvi Məmmədovdan aşkar olunan narkotik vasitələrin bir qismi insan orqanizmi üçün olduqca təhlükəli hesab edilən "Psilosibin” göbələklər qrupuna aiddir.

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb və saxlanılan şəxslər tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
16:22 08.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
16:18 08.11.2026
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
16:15 08.11.2026
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
16:13 08.11.2026
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
16:12 08.11.2026
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
"Səfərin əsas nəticəsi Türkiyə-Azərbaycan birliyinin əbədi və sarsılmaz olmasıdır"
16:10 08.11.2026
"Səfərin əsas nəticəsi Türkiyə-Azərbaycan birliyinin əbədi və sarsılmaz olmasıdır"
İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi əbədi olacaq
16:09 08.11.2026
İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi əbədi olacaq
Dövlət başçısı: Azərbaycan-Türkiyə birliyini sarsıtmaq istəyənlər heç vaxt arzularına çatmayacaq
16:09 08.11.2026
Dövlət başçısı: Azərbaycan-Türkiyə birliyini sarsıtmaq istəyənlər heç vaxt arzularına çatmayacaq
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - Fotolar
16:04 08.11.2026
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - Fotolar
Şuşada İlham Əliyev və Ərdoğan mətbuata açıqlama verirlər - Canlı
16:03 08.11.2026
Şuşada İlham Əliyev və Ərdoğan mətbuata açıqlama verirlər - Canlı
"Zəfər günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir"
16:02 08.11.2026
"Zəfər günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir"
Şuşadan ailə Fotosu
15:55 08.11.2026
Şuşadan ailə Fotosu
Bakıda 33 yaşlı kişi bıçaqlanıb
15:55 08.11.2026
Bakıda 33 yaşlı kişi bıçaqlanıb
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
15:47 08.11.2026
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
Azərbaycan xalqı Zəfər Günündə şəhidlərin xatirəsini yad edib - Foto
15:41 08.11.2026
Azərbaycan xalqı Zəfər Günündə şəhidlərin xatirəsini yad edib - Foto
Gürcüstan ən çox hansı ölkələrin vətəndaşlarını deportasiya edib? - Siyahıda Azərbaycan da var
15:29 08.11.2026
Gürcüstan ən çox hansı ölkələrin vətəndaşlarını deportasiya edib? - Siyahıda Azərbaycan da var