Polis “Hacı Ramin”i axtarır - Dələduz imiş

Polis “Hacı Ramin”i axtarır - Dələduz imiş
KRİMİNAL
20:19 05.09.2019
7090

Bakı Şəhər Baş Polis İdarəsi ötən gün bəzi saytlarda yayımlanan  "Bakıda sahibkarı belə aldatdılar” başlıqlı yazı ilə bağlı açıqlama yayıb.

Vətəndaşın şikayətinə polisin etinasız yanaşması ilə bağlı araşdırma aparılıb. 

Bu barədə Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, vətəndaşın 102 Zəng Mərkəzinə müraciəti ərazi üzrə Səbail RPİ-yə ötürülüb və fakt üzrə müvafiq təxirəsalınmaz tədbirlər görülüb: "Polisin vətəndaş müraciətinə etinasızlığı ilə bağlı deyilənlər həqiqətdən uzaqdır, dələduzluğa məruz qalan şəxs Baş İdarəyə dəvət olunaraq, görülən işlər onun diqqətinə çatdırılıb.” 

 

Xidmət rəisi vuğulayıb ki, Səbail RPİ 9-cü Polis Bölməsində vətəndaşın etibarından sui-istifadə edən, müxtəlif adlar və qiyafələrdə sahibkarlara özünü  "Hacı Ramin” kimi təqdim edən, 1988-ci il təvəllüdlü, Lənkəran şəhərində anadan olan 26 iyul 2019-cü ildən Səbail RPİ tərəfindən Cinayət Məcəlləsinin 178.2.2 maddəsi ilə axtarışı elan edilən Kərimov Cəbrayıl Mikayıl oğlu olduğu müəyyən edilib. 

Fakt üzrə toplanan material axtarışda olan C.Kərimov barəsində olan digər cinayət işinə əlavə edilib: "İctimai təhlükəli əməldə şübhəli bilinən şəxs avqustun 31-də "Sədərək” Ticarət Mərkəzinə gələrək uşaq oyuncaqları mağazasından 3000 manat dəyərində oyuncaqları yeni açdığı mağazaya tədarük edəcəyini deyərək ünvana çatdırılması üçün sifariş verib. Yolda sahibkarın etibarından sui-istifadə edərək ondan 210 manat alaraq, gedəcəkləri ünvanda qaytaracağını vəd edib, lakin avtomobildən düşərək naməlum istiqamətə gedərək qayıtmayıb”. 

E.Hacıyev əlavə edib ki, C.Kərimov 2018-ci ildə həmin ticarət mərkəzindən sahibkarların etibarından sui-istifadə edərək birindən 3000 manat, digərindən 1050 manat dəyərində kompyuter dəstlərini, 2019-cü ildə başqa ticarət obyektindən 1500 və 600 manat dəyərində məhsulları analoji üsulla talayıb: "O, toplanan matreriallar üzrə cari ilin iyun ayında saxlanaraq Xəzər RPİ-yə təhvil verilib və barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsə də, istintaqdan yayındığına görə, iyun 25-də axtarışa elan olunub. 

Şübhəli şəxs başqa-başqa adlar altında və qiyafələrdə hərəkət edir, dələduzluq əməllərini davam etdirir. Sahibkarlara diqqətli olmağı, onu görüb tanıyanlardan polisə məlumat vermələri tövsiyə olunur.  
Hazırda C.Kərimovun saxlanılması ilə bağlı polis tərəfindən müvafiq tədbirlər davam etdirilir.”

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan səhiyyəsi beynəlxalq tədbirdə mükafat qazandı - FOTOLAR
17:46 27.07.2026
Azərbaycan səhiyyəsi beynəlxalq tədbirdə mükafat qazandı - FOTOLAR
Marsol Group-un işgüzar Naxçıvan səfəri başa çatdı - FOTOLAR
17:44 27.07.2026
Marsol Group-un işgüzar Naxçıvan səfəri başa çatdı - FOTOLAR
Bərdə xəstəxanasında yayılan görüntülər gündəm oldu – TƏBİB-dən açıqlama
17:34 27.07.2026
Bərdə xəstəxanasında yayılan görüntülər gündəm oldu – TƏBİB-dən açıqlama
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
16:58 27.07.2026
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
16:55 27.07.2026
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
16:39 27.07.2026
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
16:29 27.07.2026
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
16:18 27.07.2026
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
16:13 27.07.2026
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
Küləkli hava nə vaxta qədər davam edəcək?
16:06 27.07.2026
Küləkli hava nə vaxta qədər davam edəcək?
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
15:50 27.07.2026
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
15:23 27.07.2026
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
15:13 27.07.2026
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
15:08 27.07.2026
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
15:03 27.07.2026
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
14:53 27.07.2026
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO