Polis mayorunun 26 yaşlı oğlu yol qəzasında öldü

Bütün Xəbərlər
12:12 24.01.2011
2127

Yanvarın 22-dən 23-nə keçən gecə Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Kürdəmir rayon Polis Şöbəsindən verilən məlumata görə, rayon sakini, 1985-ci il təvəllüdlü Dəyanət Abdullayev idarə etdiyi “BMW” markalı avtomaşını aşırıb.

 

Dördyol adlanan ərazidə baş verən hadisə nəticəsində D.Abdullayev aldığı xəsarətdən qəza yerində keçinib.

 Qeyd edək ki, qəza törətmiş gənc Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşı, mayor Azər Abdullayevin oğludur.

Araşdırma aparılır. //lent.az

OXŞAR XƏBƏRLƏR