Polis Metyu Perrinin ölümü ilə bağlı araşdırmalara başlayıb

Polis Metyu Perrinin ölümü ilə bağlı araşdırmalara başlayıb
MAQAZİN
12:22 22.05.2024
234
Los-Anceles polisi "Dostlar" serialında Çandler Binq rolu ilə məşhurlaşan aktyor Metyu Perrinin ölümü ilə bağlı araşdırmalara başlayıb.
 
AZXEBER.COM xəbər verir ki, polis ölümün boğulma ilə baş verdiyini desə də, isintaq Perrinin qanındakı keyidici ketamin maddəsini necə əldə etdiyini araşdıracaq.
 
Məhkəmə Tibb Mütəxəssisləri Perrinin ölümünün digər səbəblərinin ürək-damar xəstəliklərinin müalicəsində istifadə edilən buprenorfinin təsiri olduğunu və Perrinin o zaman depressiya və anksiyete xəstəlikləri üçün həkim nəzarəti altında ketamin müalicəsi aldığını bildirib.
 
Ancaq araşdırma zamanı məlum olub ki, aktyor ölümündən yarım il əvvəl bu müalicəni dayandırıb.
 
Aysel

 

 

OXŞAR XƏBƏRLƏR