Polis qadağan olunmuş dini təriqətə 'qadağa' qoydu
Bütün Xəbərlər
15:19 31.07.2012
1453
Sabirabad rayon sakinindən qanunla qadağan olunmuş dini təriqətləri təbliğ edən vəsaitlər aşkarlanıb. AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Elvin Muradovun qanunla qadağan olunmuş dini təriqətlərdən birini təbliğ etməsi müəyyən edilib.Onun yaşadığı evə baxış zamanı 5 min 765 ədəd dini məzmunlu kitabça, jurnal və broşüralar, 515 ədəd dini və pornoqrafik xassəli disk, kitabçalar hazırlamaq üçün kompüter, printer və digər ləvazimatlar aşkarlanıb.