AZXEBER.COM-un verdiyi məlumata görə, bir qadın qatar gözləyərkən relslərin üzərinə yıxılıb.
Səbəb qadının huşunu itirməsi olub. Lakin xoşbəxtlikdən yaxınlıqda olan polis və sıravi vətəndaşların köməyi ilə qadın xilas edilib. Belə ki, 52 yaşlı qadın relsin üzərinə yıxılan kimi polis məmuru qadının ardınca tullanıb. Digər vətəndaşlar isə gələn qatarı dayandırıb. 39 yaşlı polisin xidmət başında olmadığı halda etdiyi hərəkət qəhrəmanlıq kimi dəyərləndirilib.