Polis qəza törətdi – 8 yaşlı uşaq yaralandı

Polis qəza törətdi – 8 yaşlı uşaq yaralandı
Bütün Xəbərlər
12:42 09.04.2015
1728
Bakıda polis xidməti maşını ilə qəza törədib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Zığ yolu küçəsində baş verib.
Bakı şəhər Baş Polis İdarəsinin konvoy manqasının polis serjantı 1987-ci il təvəllüdlü Fərhad Məmmədov qarşıda olan maşını arxadan vurub.
Bakı sakini 1973-cü il təvəllüdlü Arzu Tanarquluyevin idarə etdiyi Nissan markalı avtomobilin vurulması nəticəsində A.Tanarquluyevin sərnişini, oğlu 2007-ci il təvəllüdlü Erkin kəllə beyin tarvması ilə 7 saylı Təcci Tibbi Yardım Stansiyasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR