Polis yanvarın 20-də gücləndirilmiş iş rejimində işləyəcək

Polis yanvarın 20-də gücləndirilmiş iş rejimində işləyəcək
Bütün Xəbərlər
13:07 18.01.2012
960

Yanvarın 20-də respublikanın daxili işlər orqanları gücləndirilmiş iş rejimində işləyəcək.Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar keçiriləcək tədbirlər və mərasimlər zamanı ictimai qaydanın və təhlükəsizliyin təmin edilməsi məqsədi ilə yanvarın 20-də ölkənin daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.20 Yanvar faciəsinin ildönümünün qeyd olunması ilə əlaqədar Şəhidlər xiyabanına ziyarətə gələn vətəndaşlarımızın sərbəst və maneəsiz hərəkət etmələri, eləcə də onların təhlükəsizliyinin təmin edilməsi üçün polis əməkdaşları qüvvələrini səfərbər edəcəklər.Həmin gün nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq, tıxacların yaranması ehtimal olunan ərazilər əvvəlcədən müəyyən edilərək qarşısının alınması məqsədi ilə qabaqlayıcı tədbirlər görüləcək.

OXŞAR XƏBƏRLƏR