ABŞ-ın Florida ştatında polisdən qaçan amerikalını alliqator yaxalayıb.
AZXEBER.COM-un xarici mətbuata istinadən xəbər verir ki, hadisə polisin 20 yaşlı gəncin avtomobilini saxlamasından sonra baş verib.Onun maşını idarə etmə üsulu polisə şübhəli gəlib. Lakin Brayan Zuniq hasardan tullanaraq aradan çıxıb. Lakin o sutəmizləyən stansiyanın yanından qaçarkən ona timsah hücum edib. Yırtıcı gənci yerə yıxaraq üzünü və qolunu dişləyib. Hazırda o xəstəxanadadır.