Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 27-də Mingəçevir şəhəri Təbriz küçəsində Səbail RPİ tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı və 315-ci maddələri ilə axtarışda olan Fikrət Gülməmmədov saxlanılıb.
AZXEBER.COM nazirliyin saytına istinadən xəbər verir ki, o, bu zaman qardaşı Bəxşeyişin idarə etdiyi “Hyundai Sonata” markalı avtomaşında olub. Bu zaman hər iki qardaş polis əməkdaşlarına qarşı bıçaqla müqavimət göstəriblər.
F.Gülməmmədov və qardaşı Baxşeyiş tutulub, avtomaşına baxış zamanı 1 ədəd nömrəsi silinmiş “Makarov” tipli tapança, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar edilərək götürülüb.