Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

SOSİAL
16:48 12.02.2025
200
İctimai asayişin qorunmasında iştirak edən vətəndaşların xüsusi geyim forması olacaq.
 
AZXEBER.COM-un məlumata görə, bununla bağlı Daxili İşlər Nazirliyinin Kollegiyası qərar qəbul edib.

Müvafiq qərara edilən dəyişikliklə polisə ictimai dəstək olanlar mülki inspektor hesab ediləcək və bu, onlar üçün hazırlanan xüsusi geyim formasının üzərində həkk olunacaq.

Qərar respublika daxili işlər orqanlarında artıq elan olunub.

OXŞAR XƏBƏRLƏR