Polisə qarşı növbəti amansızlıq

Polisə qarşı növbəti amansızlıq
Bütün Xəbərlər
12:42 26.12.2014
1070
Bakınən Nəsimi rayonunda Dövlət Yol Polis İdarəsi əməkdaşına xəsarət yetirilib. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, polisə xəsarət yetirən şəxs saxlanılıb.Əməliyyat Nəsimi rayon Polis İdarəsi 19-cu polis bölməsi əməkdaşları tərəfindən keçirilib.Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində “Ford Transit” markalı avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Rəşad İmran oğlu Səfərəliyev tutulub.Rəşad Səfərəliyev dekabrın 17-də saat 22:00 radələrində, Cavadxan küçəsində “Ford Transit” markalı avtomobilin sürücüsü yol polisinin inspektorunun qanunu tələbinə tabe olmayıb. O, sərxoş vəziyyətdə polis əməkdaşına qarşı kobudluq edərək xəsarət yetirib.Onun barəsində Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə cinayət işi başlanıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR