Polisi vurub qaçdılar

Polisi vurub qaçdılar
Bütün Xəbərlər
13:53 03.06.2014
757
Yol qəzasını törədən şəxsin tapılması istiqamətində iş aparılır.
Bakıda polis serjantının idarə etdiyi avtomobil qəzaya düşüb.
AZXEBER.COM xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası Yusif Məmmədəliyev küçəsi, 169 ünvanının qarşısında qeydə alınıb.
“Qafqaz Lizinq” şirkətinə məxsus “Prado” markalı avtomobil Səbail Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Vüsal Rafiq oğlu Şirəliyevin idarə etdiyi “Doblo” markalı xidməti avtomobilə çırpılıb.
Qəza nəticəsində “Prado” markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb.
Hazırda polis yol qəzasını törədən şəxsin tapılması istiqamətində iş aparır.
OXŞAR XƏBƏRLƏR