Polisimiz gücləndirilmiş iş rejimində işləyəcək

Polisimiz gücləndirilmiş iş rejimində işləyəcək
Bütün Xəbərlər
15:39 19.03.2012
1412
Novruz bayramı günlərində respublikanın daxili işlər orqanları gücləndirilmiş iş rejimində işləyəcəklər. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildiriblər ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.Əmrə əsasən, Novruz bayramı şənlikləri və digər kütləvi tədbirlər zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin yüksək səviyyədə və daha mütəşəkkil icrasının təmin edilməsi məqsədi ilə martın 20-dən 27-dək DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində işləyəcək.
OXŞAR XƏBƏRLƏR