Polisin ''dayan'' əmrinə məhəl qoymayan ''avtoş'' qəza törətdi
Bütün Xəbərlər
08:06 23.10.2012
3550
Gecə paytaxt küçələrində avtoxuliqanlıq edən sürücü yol polislərinə çətin anlar yaşadıb. Qara rəngli “VAZ 2107” markalı avtomaşının sahibinə polislər tərəfindən dəfələrlə qanuni saxlama əmri verilsə də, sürücünün buna məhəl qoymaması vəziyyəti bir qədər mürəkkəbləşdirdi.Yol polisləri Yusif Səfərov küçəsində avtomaşını məcburi saxlamaq üçün yolları bağlamaq istəsələr də, avtoxuliqanlıq edən sürücü qəza bahasına polislərdən yayına bildi. Bu dəfə sürücü qarşısında dayanan Xəlil Qəmbərova məxsus “Nissan” markalı avtomaşını əzərək polislərdən qaça bildi.