Polisin intihar etməsi ilə bağlı araşdırmalar aparılır

Polisin intihar etməsi ilə bağlı araşdırmalar aparılır
SOSİAL
12:13 22.06.2021
624
Balakən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşının xidməti silahla özünü vuraraq intihar etməsi ilə bağlı araşdırmalar aparılır.

AZXEBER.COM xəbər verir ki, bu barədə "report”a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, Balakən Rayon Prokurorluğunda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə iyunun 21-i saat 19 radələrində Balakən rayonu ərazisində baş verib. RPŞ əməkdaşı, polis serjantı Tural Əliyev ərazidə xidmətdə olarkən ona təhkim edilmiş xidməti silahla özünə atəş açaraq intihar edib.
OXŞAR XƏBƏRLƏR