Polisin tələbinə tabe olmayan sürücünün avtomobilindən görün nə çıxdı

KRİMİNAL
13:51 03.05.2021
858
Cəlilabadda şübhəli hərəkətlər edən sürücünün avtomobilindən külli miqdarda heroin tapılıb.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin Post-Patrul Xidməti Bölüyünün və Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhər ərazisində xidmət aparan zaman hərəkətdə olan "Hyundai Azera” markalı avtomobilin sürücüsünün şübhəli hərəkətlər etdiyini müəyyən ediblər.

Həmin avtomobilin sürücüsü və sərnişini polisin qanuni tələblərinə tabe olmayaraq ərazidən uzaqlaşmağa cəhd etsələr də, saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Polis əməkdaşları tərəfindən həmin avtomobilə keçirilən baxış zamanı saxlanc yerindən bir ədəd bükümdə külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülüb. Avtomobildə olan Sabirabad rayon sakinləri, əvvəllər məhkum olunmuşlar, sürücü E.Cəfərov və sərnişin E.Salmanovun üzərlərinə keçirilən baxış zamanı isə hər ikisindən heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR