Camal Əhməd adlı digər bir polis məmuru verdiyi açıqlamada "Tunisli polislər də Tunis cəmiyyətinin üzvüdür. Nümayişçilər və eyni zamanda həyatını itirən nümayişçilər də tunislidir. Biz onlarla birlikdəyik və onlar kimi düşünürük. Tunisdəki bu vəziyyət daha çox davam edə bilməz. Köhnə dövlət başçımız Tunisdən qaçdı. Nazirlikdən heç kim bizim səsimizi eşitmək istəmir" deyib.