Polislər sürücünü vəhşicəsinə döydülər - VİDEO

MARAQLI
16:07 05.12.2012
2463
Rusiya Federasiyasının Altay diyarı üzrə İstintaq komitəsindən mətbuata verilən məlumatda, internetdə peyda olmuş videoçarxın harada çəkildiyinin araşdırıldığı bildirilir.
Videoçarxı internetə yükləyən şəxs ona belə bir şərh əlavə edib, "İşdən evə qayıdırdım. İçki içməmiş, tam ayıq vəziyyətdə idim. Özüm sürücü-ekspeditor işləyirəm. Yol polisi əməkdaşları məni dönmə işığını yandırmadığım bəhanəsi ilə dayandırdılar. - "Bu nədir, sənnən spirt iyi gəlir, içmisən?! Buraya üflə görüm!", deyə mənə əmrlər verib mənimlə alçaldıcı davranışlar etməyə başladılar. Mən aparata üflədim və polislərdən biri "3,9 promil alkoqol!" deyə bağırdı və protokol yazmağa başladı" . Sürücülük vəsiqəmi əlimdən aldılar. Etraz etdim, elektroşokla məni iflic edərək qandallayıb maşına soxdular". //publika.az
OXŞAR XƏBƏRLƏR