Polisləri bıçaqla hədələyən xuliqanın məhkəməsi başa çatdı

Polisləri bıçaqla hədələyən xuliqanın məhkəməsi başa çatdı
Bütün Xəbərlər
16:31 21.12.2012
889

Şəki Apelyasiya Məhkəməsində Yevlax sakini Xəyal Qurban oğlu Qarayevin məhkəməsi başa çatıb.AZXEBER.COM-un məlumatına görə, hakim İnşallah Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsi ilə bağlı verdiyi apelyasiya şikayəti təmin edilməyib.O, Yevlax Rayon Məhkəməsində rayon Cinayət Məcəlləsinin 228.4-ci (soyuq silah) və 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum edilib.İttihama görə, Xəyal Qarayev 16 fevral 2012-ci ildə saat 18 radələrində Yevlax şəhəri, Heydər Əliyev prospektində ağ rəngli “VAZ- 2107” markalı avtomaşının dövlət nömrə nişanı görünmədiyinə, həmçinin şübhə doğurduğuna görə həmin avtomobili saxlayan və sürücünün sənədlərini yoxlayan Yevlax Rayon Polis Şöbəsinin Post Patrul Xidmət Bölüyünün əməkdaşları, polis nəfərləri Məmmədov Sənan Sabir oğlu və Yusifov Yasin Camal oğlunun xidməti vəzifələrinin yerinə yetirmələrinə maneçilik törədərək onlara bıçaqla hücum edib.Lakin polis əməkdaşları X.Qarayevi tərki-silah edə biliblər.

OXŞAR XƏBƏRLƏR