“Polislərin əməkhaqları qaldırılsın...” - Yeni təklif

“Polislərin əməkhaqları qaldırılsın...” - Yeni təklif
SİYASƏT
14:42 16.11.2016
5297

Millət vəkili Qüdrət Həsənquliyev polislərin əməkhaqqı artırılması məsələsini təklif edib.


O, bu təkliflə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında çıxış edib. Millət vəkili bildirib ki, hazırda polis sıravisi 420 manat, polis zabiti isə 480 manat maaş alır:

"İndiki devalvasiyalar dövründə isə bu maaş polisin ləyaqətli həyat səviyyəsini təmin etmək üçün bəs deyil. Başa düşürük ki, müharibə vəziyyətindəyik, çətin dövrdür. Amma dövlətin elə strateji sahələri var ki, orada çalışan insanların əmək haqları artırılmalıdır”. (qafqazinfo)

OXŞAR XƏBƏRLƏR