Gəncədə qətlə yetirilən 16 yaşlı məktəbli polkovnik-leytenantın oğlu imiş.
AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, öldürülən Vaqif Rəfibəylinin atası - Rövşən Rəfibəyli uzun illər ədliyyə sistemində çalışıb.
Polkovnik-leytenant Rövşən Rəfibəyli Gəncə şəhərindəki istintaq təcridxanasında rejim-nəzarət şöbəsinin rəisi vəzifəsini icra edib. O, bu yaxınlarda yaş həddi ilə bağlı təqaüdə çıxıb.
Qeyd edək ki, hadisənin 18 yaşlı R. Cəfərov tərəfindən törədildiyi bildirilir. Polis onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirdi.
Son məlumata görə, 2007-ci il təvəllüdlü Gəncə şəhər sakini R. Cəfərov polisə gedərək təslim olub. Hadisənin başvermə səbəbi açıqlanmayıb.