Polkovnikin 12 yaşlı oğlunun başını kəsdilər

Polkovnikin 12 yaşlı oğlunun başını kəsdilər
Bütün Xəbərlər
21:54 07.02.2012
3318
Mingəçevir şəhərində dəhşətli qətl hadisəsi törədilib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsi, bina 39, mənzil 39 ünvanında baş verib. Bu gün saat 19.00 radələrində oğurluq məqsədilə qeyd olunan ünvandakı evə daxil olan naməlum şəxs evdə olan 2000-ci il təvəllüdlü Beydullayev Pərvin Tahir oğlunun başını kəsib, onun bacısı, 1998-ci il təvəllüdlü Beydullayeva Pərvanə Tahir qızına isə bıçaqla çoxsaylı bədən xəsarətləri yetirib. Orta məktəb şagirdləri olan hər iki yeniyetmə hadisə vaxtı evdə tək olublar. Axşam radələrində evə gələn uşaqların anası övladlarından birinin öldürüldüyünü, digərinin isə ağır yaralandığını görüb və dərhal polisə xəbər verib. Pərvanə Abdullayeva təcili olaraq xəstəxanaya çatdırılıb və Mingəçevir şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər yaralının vəziyyətinin ağır olduğunu bildirir. Hazırda Mingəçevir şəhər hüquq-mühafizə orqanlarının rəhbərliyi hadisə yerindədir. Cinayətkarın tapılması istiqamətində əməliyyat keçirilir. Uşaqların anası polisə verdiyi ilkin ifadədə evə daxil olarkən hər yerin alt-üst edildiyini görüb. Bu səbəbdən naməlum şəxsin evə oğurluq məqsədilə daxil olduğu güman edilir. Cinayətkarın tək olmadığı da əsas versiyalardan biridir. 
OXŞAR XƏBƏRLƏR