İranda porno sayt idarə etdiyi üçün edama məhkum olan şəxsə verilən cəza məhkəmə tərəfindən təsdiqlənib.
AZXEBER.COM-un verdiyi xəbərə görə, Kanadada məskunlaşan İran vətəndaşı 36 yaşındakı Səid Melekpur porno sayt idarə etdiyi üçün həbs olunub və keçən il edam cəzasınaməhkum edilib.
İranın Fars agentliyi, bu günkü xəbərdə qərara etiraz edən Melekpur haqqında verilən cəzanın məhkəmə tərəfindən təsdiqləndiyini bildirib. Başda Kanada olmaqla beynəlxalq cəmiyyət verilən qərarın geri çəkilməsi üçün etiraz edir.
Qeyd edək ki, Melekpur əvvəllər verilən qərarları qəbul etsə də, daha sonra etiraz etmişdi.
Ozal İbrahimli