Porno saytlarla bağlı cərimə mesajı Rusiyadan gəlirmiş... - DİN hərəkətə keçdi

Porno saytlarla bağlı cərimə mesajı Rusiyadan gəlirmiş... - DİN hərəkətə keçdi
SOSİAL
20:01 28.03.2018
14013

Azərbaycanda vətəndaşların mobil telefonlarına müdaxilə yolu ilə Daxili İşlər Nazirliyinin adından törədilən kiberdələduzluq əməlinin hansı ölkə üzərindən və necə həyata keçirildiyinin üstü açılıb.

AZXEBER.COM Strateq.az-a istinadən xəbər verir ki, 200-dək vətəndaşımızın DİN-in "102" Xidməti-Zəng Mərkəzinə müraciətindən sonra hüquq-mühafizə orqanlarının başladığı ilkin araşdırmalara görə, bir qrup kiberdələduz xüsusi olaraq virus-proqramların yayılması üçün Rusiya ərazisində "www. police-azerbaijan.pw” adlı sayt açaraq, Azərbaycanda vətəndaşların mobil telefonlarına müdaxilə yoluyla Daxili İşlər Nazirliyinin adından xüsusi bildirişlər göndərməklə, onlardan pul tələb edirmişlər.

Vətəndaşlara Daxili İşlər Nazirliyinin adından göndərilən bu bildirişlərdə qeyd olunurmuş ki, onlar pornoqrafik məzmunlu saytlara  girdikləri üçün 80-120 manat məbləğində cərimə olunublar və telefonlarının bloklanmaması üçün mütləq  "Yandex.money”, "Webmoney” və "Qivi” virtual pul kisələrinə terminallar vasitəsiylə cərimələri ödəməlidirlər.

Üstəlik, bildiriş göndərilən vətəndaşlar onunla təhdid edilirmiş ki, əgər cərimənin ödənilməsindən imtina etsələr və yaxud cəriməni ödəmədən bloklanmanı açmağa cəhd göstərsələr, dərhal həbs olunmaları üçün yaşayış yerlərinə əməliyyat qrupu göndəriləcək.

Azərbaycan DİN-inin müvafiq qurumlarının apardıqları ilkin əməliyyat-texniki tədbirlərlə müəyyən edilib ki, kiber dələduzlar Rusiyanın Voronej şəhərində qeydiyyatda olan Valeriya Dolbilovanın adına "www. police-azerbaijan.pw” adlı sayt qeydiyyatdan keçirərək, məhz bu sayt üzərindən telefonlara kütləvi şəkildə virus-proqramlar daxil etməklə, belə bir cinayət əməlinə qol qoyublar.

Dövlət qurumunun adından törədilmiş bu cinayət əməlinin iştirakçılarının həbsi üçün artıq Azərbaycan Daxili İşlər Nazirliyinin Rusiya Daxili İşlər Nazirliyinin müvafiq qurumlarıyla birgə iş apardıqları, aidiyyəti sorğu və sənədlərin Rusiya DİN-nə təqdim edildiyi də bildirilir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb
22:52 10.10.2026
SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb
Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb
22:43 10.10.2026
Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verildi
22:36 10.10.2026
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verildi
Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik
22:27 10.10.2026
Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik
Ağdaşda avtomobil traktorla toqquşdu, yaralananlar var
22:18 10.10.2026
Ağdaşda avtomobil traktorla toqquşdu, yaralananlar var
“Fənərbaxça” “Rizespor”u, “Trabzonspor” isə “Samsunspor”u məğlub edib
22:12 10.10.2026
“Fənərbaxça” “Rizespor”u, “Trabzonspor” isə “Samsunspor”u məğlub edib
ABŞ Ukraynadan Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı tələb etdi
22:03 10.10.2026
ABŞ Ukraynadan Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı tələb etdi
İsrail Livanın cənubundakı hədəflərə raket zərbəsi endirdi
21:56 10.10.2026
İsrail Livanın cənubundakı hədəflərə raket zərbəsi endirdi
"Sumqayıt" VII turda "Qəbələ"yə qalib gəlib
21:49 10.10.2026
"Sumqayıt" VII turda "Qəbələ"yə qalib gəlib
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
21:42 10.10.2026
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
21:32 10.10.2026
Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
21:23 10.10.2026
Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
"Isaias" qasırğası ABŞ-nin cənub-şərqində tələfatlara səbəb olub
21:17 10.10.2026
"Isaias" qasırğası ABŞ-nin cənub-şərqində tələfatlara səbəb olub
Rusiyanın Zaporojyeyə endirdiyi zərbə nəticəsində 3-ü uşaq olmaqla 20 nəfər öldü
21:10 10.10.2026
Rusiyanın Zaporojyeyə endirdiyi zərbə nəticəsində 3-ü uşaq olmaqla 20 nəfər öldü
Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib
21:01 10.10.2026
Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib
WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib
20:52 10.10.2026
WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib