Poylu-Ağstafa dəmir yolun təmirinə start verildi - FOTOLAR
Bütün Xəbərlər
10:28 21.08.2014
676
Bu gündən etibarən Poylu-Ağstafa mənzilində 9 km yolun əsaslı təmirinə start verilib."Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyindən verilən məlumata görə, təmir işləri ayın sonuna davam edəcək.Əsaslı təmir işlərini həyata kecirən "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin baş mühəndisi Əfsələddin Gəncəliyevin verdiyi məlumatda bildirilir ki, səhər saatlarında artıq bir kilometr köhnə yol sökülüb.Qeyd edək ki, "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafina dair Dövlət Proqrami"nin icrasi çərçıvəsində 10 iyun 2011-ci ildə Tatli-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib, 10 dekabr 2013-cü ildə Ağstafa- Poylu mənzilində 317-cü kilometrin əsasli təmiri başa çatıb. Əsaslı təmir olunmuş 317 kilometr 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənib.// anspress