"Milan"ın türkiyəli yarımmüdafiəçisi Hakan Çalhanoğlu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
AZXEBER.COM goal.az-a istinadən xəbər verir ki, 25 yaşlı futbolçunu "Nyukasl" transfer etmək istəyir.
Premyer Liqa klubu Türkiyə millisinin üzvü ilə danışıqlara başlamaq fikrindədir.
Qeyd edək ki, "Milan" Çalhanoğlu 2017-ci ildə "Bayer"dən 22 milyon avroya transfer etmişdi.