Premyer Liqa klubundan Bəhlul Mustafazadə ilə bağlı - Açıqlama

İDMAN
23:40 02.12.2019
5796
Azərbaycan millisinin və "Sabah"ın müdafiəçisi Bəhlul Mustafazadənin bir müddət əvvəl İngiltərə I Liqa təmsilçisi "Sanderlend"in maraq dairəsində olduğu barədə xəbərlər yayılmışdı.

AZXEBER.COM xəbər verir ki, "Onefootball" nəşri klubun qışda almaq istədiyi beş futbolçudan birinin 22 yaşlı müdafiəçi olduğunu yazmışdı.

Klubdan CBC Sport-a verilən açıqlamada isə futbolçu ilə əlaqə yaradılmadığı və belə fikirlərinin olmadığı qeyd olunub.

Xatırladaq ki, Bəhlul Mustafazadə yayda "Qəbələ"dən "Sabah"a transfer olunub.

OXŞAR XƏBƏRLƏR