Premyer Liqa: "Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib

Premyer Liqa: "Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İDMAN
21:01 06.04.2026
758
Misli Premyer Liqasının XXVI turunda "Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib.

AZXEBER.COM xəbər verir ki, günün yeganə matçı Ağdam təmsilçisinin 7:0 hesablı qələbəsi ilə bitib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunda qolları Leandro Andrade (23, 64), Kamilo Duran (31, 45, 48), Dani Bolt (40) və Abdullah Zubir (43) vurublar.

Çempionluq iddiasını davam etdirən Ağdam klubu 55 xalla ikincidir. Yevlaxlılar 8 xalla sonuncu - 12-ci sırada yer alıb.

Xatırladaq ki, tura aprelin 7-də yekun vurulacaq. Ötən gün "Qəbələ" səfərdə "Kəpəz"i (2:0), "Neftçi" "Sumqayıt"ı (3:1) məğlub edib.
OXŞAR XƏBƏRLƏR