Premyer Liqa: “Qarabağ” “Səbail”i məğlub edib - YENİLƏNİB

Premyer Liqa: “Qarabağ” “Səbail”i məğlub edib - YENİLƏNİB
İDMAN
21:22 12.11.2023
439
Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.

AZXEBER.COM oxu.az- istinadən xəbər verir ki, son oyunda çempion "Qarabağ” meydançaya çıxıb.

Ağdam təmsilçisi turnir cədvəlindəki qonşusu "Səbail”i qəbul edib. Şahin Diniyevin yetirmələri liderlər qrupunda qərarlaşmasına baxmayaraq, "Qarabağ”a müqavimət göstərə bilməyiblər. Toral Bayramovun 8-ci, Yassin Benzianın 43-cü, Olavio Juninyonun isə 55-ci dəqiqədə vurduğu qollar sayəsində Qurban Qurbanovun kollektivi aktivinə 3 xalı yazdırıb.

Pedro Nunonun 76-cı dəqiqədə vurduğu top isə "Səbail” üçün təsəlli olub.

3:1 hesablı qələbə sayəsində xallarının sayını 26-ya çatdıran "Qarabağ” ikinci pillədəki mövqeyini qoruyub. Hesabında 21 xal olan "Səbail” isə 4-cü yerə düşüb.

Turun əvvəlki oyunlarında "Kəpəz” "Araz-Naxçıvan”ı (1:0), "Sumqayıt” "Neftçi”ni (2:1), "Sabah” "Turan Tovuz”u (3:2), "Zirə” isə "Qəbələ”ni (1:0) hesabı ilə məğlub edib.

Qeyd edək ki, Premyer Liqada XIV turun matçları 24-26 noyabr tarixlərində keçiriləcək.

***18:44

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, günün ilk matçında "Zirə” "Qəbələ”ni qəbul edib.
Qarşılaşma paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qolu 64-cü dəqiqədə penaltidən Qismət Alıyev vurub.
Bu nəticədən sonra xallarının sayını 27-yə çatdıran "qartallar” liderliyini davam etdirir. "Qəbələ” 8 xalla sonuncu - 10-cu sıradadır.

***09:26

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulacaq.

BAKU.WS xəbər verir ki, ilk olaraq "Zirə" "Qəbələ"ni qəbul edəcək. "Qartallar" 24 xalla liderdir, "qırmızı-qaralar" 8 xalla sonuncu-10 pillədə qərarlaşıb.

Günün ikinci matçında "Qarabağ" "Səbail"lə üz-üzə gələcək. Ağdam təmsilçisi 23 xalla ikinci, "dənizçilər" 21 xalla 4-cü sıradadır.

16:30. "Zirə” – "Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Zirə İdman Kompleksinin stadionu

19:00. "Qarabağ”– "Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Vüsal Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Azər Əsgərov
Tofiq Bəhramov adına Respublika Stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Araz-Naxçıvan"ı (1:0), "Sumqayıt" "Neftçi"ni (2:1), "Sabah" "Turan Tovuz"u (3:2) məğlub edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“İşgüzar Axşam Ziyafəti və B2B Görüş” təşkil olundu - FOTOLAR
13:20 24.11.2026
“İşgüzar Axşam Ziyafəti və B2B Görüş” təşkil olundu - FOTOLAR
Top ardınca qaçan uşağı maşın vurub öldürdü - VİDEO
12:58 24.11.2026
Top ardınca qaçan uşağı maşın vurub öldürdü - VİDEO
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
12:43 24.11.2026
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
Maşını olanlara XƏBƏRDARLIQ – Bunları mütləq edin!
12:32 24.11.2026
Maşını olanlara XƏBƏRDARLIQ – Bunları mütləq edin!
Azərbaycan Haaqa Konvensiyasına qoşulacaq
12:24 24.11.2026
Azərbaycan Haaqa Konvensiyasına qoşulacaq
Şimşək çaxacaq, yağış yağacaq - Bu tarixdə
12:21 24.11.2026
Şimşək çaxacaq, yağış yağacaq - Bu tarixdə
Qubada 3-cü sinif şagirdi vəfat etdi - FOTO
12:13 24.11.2026
Qubada 3-cü sinif şagirdi vəfat etdi - FOTO
İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi - FOTOLAR
12:07 24.11.2026
İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi - FOTOLAR
“Paşinyan başa düşür ki, Ermənistanın xilası Azərbaycanla sülhdən keçir” - AÇIQLAMA
12:05 24.11.2026
“Paşinyan başa düşür ki, Ermənistanın xilası Azərbaycanla sülhdən keçir” - AÇIQLAMA
Gündüz İsmayılov: Azərbaycan qadınlarının tolerantlıq ənənələrinin formalaşmasında böyük rolu var
11:45 24.11.2026
Gündüz İsmayılov: Azərbaycan qadınlarının tolerantlıq ənənələrinin formalaşmasında böyük rolu var
PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib - FOTOLAR
11:42 24.11.2026
PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib - FOTOLAR
Prezidentdən Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət
11:37 24.11.2026
Prezidentdən Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət
Ürək xəstəlikləri niyə cavanlaşır? – Həkimdən qəfil ölümlərlə bağlı açıqlama
11:17 24.11.2026
Ürək xəstəlikləri niyə cavanlaşır? – Həkimdən qəfil ölümlərlə bağlı açıqlama
DSX-nin əsgəri xəstəlikdən vəfat etdi
10:57 24.11.2026
DSX-nin əsgəri xəstəlikdən vəfat etdi
Kəlbəcərin azad edilməsindən 6 il ötür: Dağıntılardan dirçəlişə uzanan yol
10:52 24.11.2026
Kəlbəcərin azad edilməsindən 6 il ötür: Dağıntılardan dirçəlişə uzanan yol
"Azərbaycanda bəzi ailələr qızların deyil, oğlanların təhsilinə üstünlük verir" – Hicran Hüseynova
10:49 24.11.2026
"Azərbaycanda bəzi ailələr qızların deyil, oğlanların təhsilinə üstünlük verir" – Hicran Hüseynova