Premyer Liqada mövsümün ən yaxşı məşqçisi açıqlanıb.
"Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola mükafatın sahibi olub.
Onun yetirmələri mövsümün sonuna üç tur qalmış çempionluğu bayram edib. Yekunda "şəhərlilər” çempionatı 5 xal üstünlüklə başa vurub. 28 qələbə qazanan və 94 qol vuran Mançester təmsilçisi "Böyük beşlik”də ən yüksək göstəricilərə nail olub.
Qeyd edək ki, Qvardiola 6 mövsüm ərzində 3-cü dəfə ən yaxşı seçilib. O, 2018-ci və 2021-ci illərdə də bu mükafatı qazanıb.
///Apasport.az