Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov paytaxt Aşqabadın mərkəzində yerləşən yeni prezident kompleksinin liftində qalıbmış. Xəbəri “Xronika Türkmənistan” saytı yayıb.
Məlumata görə, avqustun 28-də kompleksin lifti ikinci və üçüncü mərtəbələr arasında xarab olub və dövlət başçısı bir saata qədər liftin içərisində qalıb.
Yeni prezident kompleksi 2011-ci ilin may ayında açılıb. Layihənin təqribi dəyəri 250 milyon avro təşkil edir.
İnsidentdən sonra Qurbanqulu Berdiməhəmmədovun sentyabrın 3-də Ali Nəzarət Palatasının rəhbəri Batır Atdayevə tikilən obyektlərin keyfiyyətinə nəzarəti zəif apardığına görə ciddi töhmət verdiyi deyilir.