Prezident İlham Əliyev “TeliaSonera Eurasia” şirkətinin prezidenti ilə görüşüb
Bütün Xəbərlər
05:55 27.01.2011
1912
AZXEBER.COM Azərtac-a istinadən xəbər verir ki, görüşdə “TeliaSonera Eurasia” şirkəti ilə Azərbaycan arasında fəal əməkdaşlığın qurulduğu və bu əməkdaşlığın daha da genişləndirilməsinin önəmi qeyd edildi. Tero Kivisaari onların Azərbaycandakı fəaliyyətini dəstəklədiyinə görə Prezident İlham Əliyevə minnətdarlıq etdi. Bildirildi ki, “TeliaSonera Eurasia” şirkəti Azərbaycanda əsasən informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa böyük önəm verir.