Prezident İlham Əliyev idman edir (VİDEO)

Prezident İlham Əliyev idman edir (VİDEO)
Bütün Xəbərlər
16:03 29.06.2011
2025

Prezident İlham Əliyev mərkəzi kortun açılışını bildirən rəmzi lenti kəsib.

3 min tamaşaçı yeri olan mərkəzi kortun tikintisi zamanı müasir inkişaf materiallarından istifadə olunmuşdur. Burada idman şərhçiləri və teleoperatorlar üçün xüsusi avadanlıq quraşdırılıb. Bundan başqa, mərkəzi kortun altında 75-80 avtomobil tutumu olan dayanacaq tikilib.

Tennis Federasiyasının prezidenti, Milli Məclisin sədri Oqtay Əsədov dövlətimizin başçısına məlumat verib ki, tikintisinə ötən ilin fevralında başlanılan və 5500 kvadratmetr ərazini əhatə edən mərkəzi kortda tennislə yanaşı, voleybol, həndbol, mini futbol yarışlarının keçirilməsi, eləcə də konsert proqramlarının təşkil edilməsi üçün hər cür imkan var.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərkəzi kortda gənc idmançıların nümunəvi çıxışlarını izlədilər, idman qurğusunun ərazisini gəziblər. Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Tennis Akademiyasının trenajor zalı və hovuzu ilə tanış olublar. İlham Əliyev burada idman edib.

AZXEBER.COM portalı həmin görüntüləri təqdim edir.

OXŞAR XƏBƏRLƏR